Premyer Liqasının XX turunda doğma meydanında "Qəbələ”ni qəbul edəcək "İnter” oyuna ciddi itkilərlə çıxacaq.
Newsport.az-ın məlumatına görə, "bankirlər” sözügedən oyunda 4 əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, Rauf Əliyev, Mirsahib Abbasov və Mirhüseyn Saeyidov zədə səbəbindən "qırmızı qaralar”la qarşılaşmanı buraxmalı olacaq. Bundan əlavə "İnter”də daha bir itki var. Komandanın yeni transferi Kamran Ağayev cəzalı olduğu üçün sabiq komandasına qarşı oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "İnter” – "Qəbələ” oyunu fevralın 7-də "İnter Arena”da baş tutacaq.