Zeynal Zeynalov: "İtaliyanı da məğlub etməyə çalışacağıq, Çexiyanı da"

Futzal üzrə Azərbaycan yığmasının üzvü Zeynal Zeynalov AÇ-2016-nın final mərhələsi çərçivəsində bu gün İtaliyaya qarşı keçirəcəkləri oyun öncəsi müsahibəsi.

- AÇ öncəsi komandada atmosfer necədir?
- Əla. Turnirə yaxşı başlamaq istəyirik. Bunun üçün ciddi hazırlaşmışıq.

- Amma millimiz qitə birinciliyi öncəsi yoxlama oyunu keçirmək üçün normal rəqib tapa bilmədi. Bu, çıxışınıza mənfi təsir göstərməyəcək?
- Əlbəttə, yaxşı rəqiblərlə yoxlama oyunu keçirməyimiz daha yaxşı olardı. Amma bütövlükdə, komandamız yaxşı hazırlıq keçib.

- AFFA rəhbərliyi millimizin qarşısına hansı vəzifəni qoyub?
- Belqrada gəlməmişdən öncə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu. Millimizin qarşısında duran hədəfə gəlincə, qrupdan çıxmaq istəyirik.

- Rəqib komandaların - İtaliya və Çexiya yığmasının heyətində baş verənlərlə maraqlanmısınız?
- Bu məsələ ilə yığmanın məşqçiləri məşğul olurlar. Onlar rəqiblərimizin oyunlarına baxırlar və bizə müvafiq məsləhətlərini çatdırırlar.

- İlk oyun son Avropa çempionu İtaliyaya qarşıdır. Proqnozunuz?
- Çox çətin oyun olacaq. Rəqibin güclü heyəti var. Amma biz bu komanda ilə görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq.

- Möcüzəyə bərabər sayılacaq qələbəyə ümid etməyə dəyər?
- Möcüzə? Mümkünsüz heç nə yoxdur. Biz özümüzə çox güvənirik. İtaliyanı da məğlub etməyə çalışacağıq, Çexiyanı da.

- Bəs sizcə, qrupun favoriti hansı komandadır?
- Əlbəttə ki, İtaliya.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right