"Neftçi"nin qadınlardan ibarət komandası ÇL-ə qələbə ilə başladı

“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.

Yunanıstanın Veria şəhərində keçirilən 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Siyasət Əsgərovun komandası 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right