Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyukun "Neftçi”də baxışda olması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, gənc futbolçu ilə bağlı hələlik yekun qərar verilməyib.
Bu barədə "Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib: "Krivotsyuk hələik komandamızın düşərgəsində baxışdadı. Baş məşqçimiz hələlik onunla bağlı yekun qərar verməyib.”
Qeyd edək ki, Anton "Neftçi”nin heyətində "Kəpəz”lə yoxlama matçında iştirak edib.