Dünən “Xəzər” TV-də yayımlanan “Futbol saatı” verilişinin qonağı olan “Neftçi”nins abiq vitse-prezidenti Tahir Süleymanov klubun hazırkı Müşahidə Şurasının sədri Çingiz Abdullayevin son səsləndirdiyi fikirə münasibət bildirib.
Belə ki, Abdullayev verdiyi son açıqlamasında deyib ki, onun gəlişinə qədər klubun ancaq futbolçu və məqçi heyəti yeməklə əmin olunurdu.
Lakin indi xadimədən tutmuş, gözətçiyə kimi, bütün işçilərə hər gün pulsuz yemək verilir.
Newsport.az-ın məlumatına görə, Süleymanov Abdullayevin bu fikirinə sərt cavab verib: “Hörmətli Çingiz Abdullayevdən xahiş edərdim ki, əsası olmyan yalnış informasiyalar yaymaqla məşğul olmasın. Bizim dövrümüzdə “Neftçi”də çalışan bütün işçilər klubun hesabına nahar edib. Sadıq Sadıqovun dövründə “Neftçi”də çalışan istənilən adamı tapın qoyun, çıxıb desin ki, bu, belə deyil. Belə bir şeyin olması mümkün deyil. Çingiz Abdullayev, sizin üçün ayıbdı. Bu populizmdi. Deutat Zahid Oruc Çingiz Abdullayevin cavabını verib. Hörmətli yazıçımız populist çıxış edərək deyib ki, 4 uşağı olan “Neftçi”nin işçisini işdən qova bilməyib. Elə isə klubun yeməkxanasında çalışmış 5 işçini kim qovub? “Neftçi”dəki rəhbər dəyişikliyindən sonra nə qədər adam işsiz qaldı. Əvəzində klub rəhbərliyinə yaxın bir restoranla müqavilə bağlandı və həmin restoran kluba hazır yemək göndərir. Çox təəssüf ki, yeməkxana personalı hamılıqla işdən qovuldu. Görəsən, Çingiz Abdullayev onların işdən qovulması haqda əmrə qol çəkəndə və o qədər insanı işsiz qoyanda vicdanı sızlamadı?".