“Qəbələ"nin sabiq futbolçusu Andrey Kristea karyerasını Rumıniyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi yüksək liqada çıxış edən “Munisipial” klubu ilə 1 il 6 aylıq müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı xəbərə yayıb.
Qeyd edək ki, rumıniyalı futbolçu 2014-cü ildə "Qəbələ"nin şərəfini qoruyub.