Yeni mövsümün təqvimi bu gün bəlli olur Yenilənir

Bu gün Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi baş tutacaq.

Newsport.az xəbər verir ki, "Holiday Inn" hotelində təşkil olunacaq tədbirdə elitada mübarizə aparacaq komandaların qarşıdakı mövsüm üçün oyun təqvimi rəsmiləşəcək.

Yeni mövsümdə çempionatda "Sabah", "Qarabağ", "Turan Tovuz", "Neftçi", "Zirə", "Araz-Naxçıvan", "Sumqayıt", "Şamaxı", "İmişli", "Kəpəz" və "Qəbələ" klubları mübarizə aparacaqlar. Ötən mövsümün nəticələrinə əsasən elitaya yüksələn "Şəfa" komandası isə turnirin yeganə debütantı olacaq.

Ölkənin ən güclülərinin çıxış edəcəyi Premyer Liqanın yeni mövsümünün start tarixi də artıq dəqiqləşib. Komandalar avqustun 14-də keçiriləcək ilk tur oyunları ilə rəsmi marafona start verəcəklər.

Qeyd edək ki, püşkatma mərasimi saat 15:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right