“Xəzər Lənkəran”ın baş məşqçisi “Şaxtyor”da

"Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Türkiyəyə yollanıb. 

Newsport.az saytının məlumatına görə, Məmmədov hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ukraynanın "Şaxtyor” klubunun düşərgəsində 1 həftə praktika keçəcək. 
PRO lisenziya almaq üçün Ukraynada bir neçə kurslarda iştirak edən Məmmədov məhz bu səbəbdən də "Şaxtyor”un düşərgəsinə dəvət alıb. O, 1 həftə ərzində "Şaxtyor”un baş məşqçisi Mirça Luçeskunun təcrübəsindən yararlanmağa çalışacaq. 
Qeyd edək ki, Elbrus Məmmədov fevralın 6-da ölkəmizə qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right