"Xəzər Lənkəran”dan ayrılan malili futbolçu Sadio Tounkaranın Kiprin "Enosis” klubunda baxışda olması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, Kipr klubunun baş məşqçisi Ronni Van Geneuqden Sadio Tounkara ilə bağlı son qərarını verib. Yerli mətbuatda yer alan xəbərlərə görə, Tounkara baş məşqçinin etimadını doğrultmağı bacarıb. Neon təmsilçisi Tounkaranın adını iştirak ərizəsinə salınıb.
Qeyd edək ki, Sadio 2012-ci ildən "Xəzər Lənkəran”da çıxış edirdi. O, komandanın heyətində 43 oyun keçirərək 5 qol vurmağa nail olmuşdu.