Kazım Kazımlının yeni klubu bəlli oldu

Dövrlərarası fasilədə "Xəzər Lənkəran”dan ayrılan daha bir futbolçu özünə yeni klub tapıb. Söhbət gənc futbolçu Kazım Kazımlıdan  gedir. 

Newsport.az-ın məlumatına görə, Kazım hazırda I Divizion təmsilçisi "Turan Tovuz”un düşərgəsindədir. Onun mövsümün sonunadək Tovuz klubunda oynayacağı gözlənilir. 

 
Qeyd edək ki, "Xəzər Lənkəran”dan ayrılan daha bir futbolçu "Turan Tovuz”a üz tutmuşdu. Belə ki, Elvin Mirzəyev Tovuz klubu ilə 6 aylıq müqavilə imzalamışdı. 
 
Nəzərinizə çatdıraq ki, Elvin Mirzəyevlə yanaşı Kazım Kazımlı Lənkəran klubundan kənarlaşıdırılmış, Elnur Cəfərov, Kamran Abdullazadə və Elşən Rzazadə isə transferə çıxarılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right