"Xəzər Lənkəran” heyətini iki yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, cənub klubu "Rəvan”dan ayrılan Tural Qrbətov və Vüqar Bəybalayevi rənglərinə baglayıb. Hər iki futbolçu ilə bu gün 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Xəzər Lənkəran” qış transfer dönəmində Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu, Vaquf Güləliyev və Asif Mirilini transfer edib