Ağayevin 100-cü oyunu

Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, 3 ildən sonra yenidən "Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı XIX turun "Neftçi” ilə qarşılaşmasına təsadüf edib. Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub. Premyer Liqada 2010/11 mövsümündən çıxış edən Ağayev "100”ə 3 komandanın heyətində çatıb. Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi "Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox "İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right