Skarlatakenin yeni klubunun adı bəlli oldu

Dövrlərarası fasilədə "Xəzər Lənkəran”dan ayrılan rumıniyalı futbolçu Adrian Manuel Skarlatakenin yeni klubunun adına aydınlıq gəlib. 

Newsport.az saytının məlumatına görə,  29 yaşlı müdafiəçi karyarasını ölkəsində davam etdirəcək. O, ölkəsinin iddialı komandalarından olan "Astra” komandası ilə münasibətlərini rəsmiləşdirib.  

 

Qeyd edək ki, Skarla 2012-ci ildən bu yana "Xəzər Lənkəran”da çıxış edirdi. O, cənub klubunun heyətində 92 oyunda forma geyinmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right