Rəşad Sadıqov: “Heç kim tam formada deyil” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIX turunda "Qarabağ” səfərdə AZAL-ın qonağı olub. Qarşılaşma AZAL-ın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Newsport.az saytının suallarını cavablandırıb. 

 - AZAL-a məğlub oldunuz. Qarşılaşma haqqında fikirləriniz necədir?
- Fikrimcə oyun bizim üçün pis alınmadı. İstədiyimiz hücumları qurduq təssüf ki, bu hücumlardan yararlana bilmədik. Rəqib 1 səhfimizdən istifadə edərək qələbə qazandı. 
 - Süni ot örtüyü oyununuza təsir etmədi?
- Bunu bəhanə gətirmək düzgün olmaz. Məğlub olduq, AZAL-ı qələbə münasibəti ilə təbrik edirəm.
 - Hücumlarda son nöqtəni qoymaqda çətinlik çəkirdiniz. Bunun səsəbi nə idi?
- Doğrudur, çoxsaylı hücumlar yaratdıq, amma yararlana bilmədik. 
 - Qələbə qazanmaq üçün komandada nə çatmadı?
- Qələbə qazanmaq üçün qol epizodlarından istifadə etmək çatmadı. Ümumi götürdükdə, oyunumuz yaxşı alındı.  2 hücumçumuz zədəlidi. Məcburiyyətdən hücumda Muaremi oynatdıq. 
 - Muarem Muarem əvvəlki formasındadı?
- Tək Muarem Muarem yox, heç bir futbolçu tam formada deyil. Formaya düşmək üçün 2-3 tura ehtiyac var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right