"Xəzər Lənkəran”ın transferə çıxardığı Elnur Cəfərovun "Qarabağ”a keçidi gündəmdədi.
Newsport.az-ın məlumatına görə,milli komandamızın futbolçusu verdiyi açıqlamada "Qarabağ”a keçmə ehtimalının olduğunu bildirmişdi.
Məsələ ilə bağlı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saytımıza açıqlama verib.: "Elnur Cəfərov bizim maraq dairəmizdə deyil. Cəfərovla indiyə qədər maraqlanmamışıq. Onun "Qarabağ”a keçidi gündəmdə deyil.”