Britaniya mediasından “Qarabağ”ın hücumçusuna dair yeni iddia

Şotlandiyanın “Seltik” klubunun transfer gündəmində yer alan Kolumbiyalı hücumçu Kamilo Duranla bağlı yeni məlumat yayılıb.

Newsport.az xəbər verir ki, Britaniyanın “67 Hail Hail” nəşri “Seltik”in hücum xəttində planlaşdırdığı dəyişikliklərdən bəhs edən yazısında “Qarabağ”ın futbolçusunu da transfer namizədləri sırasında göstərib.

Nəşr qeyd edib ki, “Seltik” hücum xəttini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir və bu siyahıda “Qarabağ”ın 24 yaşlı forvardı Kamilo Duran da yer alır.

Bundan əvvəl Şotlandiya mətbuatında “Seltik”in kolumbiyalı futbolçu ilə maraqlandığı, “Qarabağ”ın isə onun üçün azı 2 milyon funt sterlinq təzminat tələb etdiyi bildirilmişdi.

Qeyd edək ki, Kamilo Duran ötən yay “Qarabağ”a transfer olunub. O, başa çatan mövsümdə bütün turnirlərdə keçirdiyi matçlarda 15 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right