“Məğlubiyyətə heç bir bəhanə gətirmək lazım deyil. Rəqibi təbrik edirəm. Çoxsaylı qol epizodumuz oldu, amma istifadə edə bilmədik”.
Bu sözləri Newsport.az-a açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov AZAL-a uduzduqları oyundan (0:1) sonra deyib.
Təcrübəli müdafiəçi qeyd edib ki, komandada heç kim tam formada deyil: “Ümumi olaraq oyunumuz yaxşı keçdi. Sadəcə, son nöqtəni qoya bilmədik. Bunun da səbəbləri var. Reynaldo zədəlidir, Armenteros da zədəyə görə cəmi 30 dəqiqə oynaya bildi. Məcburiyyətdən hücumda Muarem oynadı. Muarem əvvəlki kimi olmasa da pis deyil. Açığı, ondan bunu da gözləmirdim. Düşünürdüm ki, formasını tam itirib”.