Azərbaycan Premyer Liqasının XIX turunda AZAL doğma meydanında "Qarabağ”ı qəbul edib. Qarşılaşma AZAL-ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunu belə çşərh edib:
"Fasilədən sonra bütün komandalar qələbə qazanmaq istəyir. Çünki istənilən komanda çempionata yaxşı başlamaq niyyətində olur. Zədəlilərimiz həddindən artıq çox idi. Heyətdə bəzi dəyişiklik etmişdim. Qurulini sırf hücuma buraxıb, Hüseynpuru meydana daxil etmişdim. Oyuna gəlincə, ötən oyunlarda "Qarabağ”a məğlub olmuşduq. Bu dəfə məğlub ola bilməzdik. Futbolçular tapşırıqlarımı yerinə yetirməyi bacardılar. "Qarabağ” haqqında xoş sözlər demək borcumuzdu. Bu cür komandaya qalib gəlmək borcumuzdur. "Qarabağ”a qalib gəlmişiksə, deməli nəsə edəbilərik. ”