Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasında 2025/26 mövsümünün hesabatını təqdim edib.
Newsport.az xəbər verir ki, ötən “futbol ili”ndə meydana çıxan ən gənc futbolçu “Kəpəz”in oyunçusu Raul İsaqovdur.
İsaqov "Araz-Naxçıvan"la səfər görüşündə (2:0) 16 yaş 162 günlüyündə oynayıb.
Çempionatımızda oyuna çıxmış ən yaşlı futbolçu isə Stefan Akadır. "Zirə"dən ayrılmış futbolçu 35 yaş 219 günlüyündə "İmişli"(0:0) ilə səfər görüşündə çıxış edib.