Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə üç görüş baş tutacaq.
Öncə "Xəzər Lənkəran" "Rəvan"ı qonaq edəcək.
Lider və son çempion "Qarabağ" bu tur AZAL-ın qonağı olacaq.
Turun qapanış matçında isə paytaxt derbisi baş tutacaq. "Zirə" - "İnter" görüşü həm də hesabat turunun mərkəzi oyunu hesab olunur.
Azərbaycan Premyer Liqası
19-cu tur
31 yanvar (bazar)
13:30. “Xəzər Lənkəran” - “Rəvan” 0-0
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, İnqilab Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
15:00. AZAL - “Qarabağ” 1-0
Qol: Nuqzar Kvirtia, 78
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
Bakı. AZAL Arena.
17:30. “Zirə” - “İnter” 2-1
Qol: Luis Alberto, 13, (1:0), Abbas Hüseynov, 48 (1:1), Nurlan Novruzov, 86 (2:1)
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Mübariz Haşımov, Elvin Əsgərov.
Zirə İdman Kompleksinin stadionu.