Cavid İmamverdiyev: "Əsas odu ki, meydanda futbol oynamaq lazımdı"

Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanda "Sumqayıt”ı qəbul edib. "Bakcell Arena”da baş tutan oyun "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra ev sahiblərinin yarımmüdafiəçisi Cavid İmamverdiyev Newsport.az saytının suallarını cavablandırıb: 
 
- Gərgin oyun oldu. “Sumqayıt” yaxşı komandadı. İlk hissədə kompakt şəkildə oynamadıq deyə, çətinlik çəkdik. Amma fasilədən sonra ələ düşən şansdan yararlandıq. Komanda yoldaşlarımı təbrik edirəm. Bundan sonra növbəti turda qarşılaşacağımız “Rəvan”la görüşə hazırlaşmalıyıq.

- “İnter” və “Zirə”nin vəsiqə qazansa belə, avrokuboklarda iştirakı sual altındadı. Sənə elə gəlmir ki, bu, “Neftçi”nin şanslarını bir az da artırır?
- Biz buna ümid bağlamaq istəmrik. Oyunumuzla vəsiqə əldə etməliyik. “Neftçi” xalqın komandasıdı. Öz gücümüzə Avroliqa və ya Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik.

- Bu gün sərgilədiyi oyunla “Neftçi”nin avrokuboklarda nəyəsə nail olacağını düşünürsən?
- Dövrə hələ yeni başlayıb. 1 oyunla heç nə demək olmaz. Gənc futbolçularımız da çoxdu. Qarşıdakı matçlarda “Neftçi”nin adınalayiq futbol sərgiləməyə çalışacağıq.

- “Neftçi”dən fərqli olaraq, “Sumqayıt” təlim-məşq toplanışı üçün xarici ölkəyə getdi. Amma qalib gələn siz oldunuz. Bu, nəyəsə işarədi?
- Fərqi yoxdu, istəyirsən toplanışı lap Amerikada keç, əsas odu ki, meydanda futbol oynamaq lazımdı. Kimin yaxşı, kimin pis oynamasının fərqi yoxdu. Əsas nəticədi. Əksinə Bakıdakı toplanışımız çox yaxşı keçdi, heç darıxmadıq da. Arada ailəmizi də ziyarət edirdik. Hətta gələcək toplanışları da Bakıda keçməyimizi istəyərdim. Buradakı çalışmalarımız çox xoşuma gəldi. 

- Bayaq Çempionlar Liqasına vəsiqədən danışdın. Həqiqətən, “Neftçi”nin Çempionlar Liqasına vəsiqə qazanacağına ümid edirsənmi?
- “Neftçi” həmişə çempionluğa oynayan komandadı. Bu, Allahın işidi. “Bizdən hərəkət, Allahdan bərəkət”. Çempion olmasaq belə, avrokuboklara getmək istəyirik və bunu edəcəyimizə də inanıram. 

- İkinci hissədə qapıçı ilə təkbətək çıxsan da, yararlana bilmədin. Həyəcanlı idin?
- Xeyr, həyəcanlı deyildim. Sadəcə, qapıçını görmədim. Topu ram edəndə, Səlahət tez çıxdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right