Seneqallı futbolçu Baye İbrahima Niassenin yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.
32 yaşlı futbolçu Rumıniya çempionatında mübarizə aparan "Konkordiya” klubu ilə anlaşıb.
Qeyd edək ki, Niasse azərbaycanlı futbol azarkeşlərinə tanış simadır. O, 2012/13 mövsümündə "İnter”in, 2013/14 mövsümündə isə "Qəbələ”nin uğurları üçün çalışıb.