Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanda "Sumqayıt”ı qəbul edib. "Bakcell Arena”da baş tutan oyun "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra "Neftçi”nin hücumçusu Anyete Newsport.az saytının suallarını cavablandırıb:
- İlk "4-lük”də yer alan komandalar "İnter” və "Zirə” avrokuboklardan kənarda qala bilər. Bu, sizin üçün əlavə üstünlükdü?
- Sadaladığınız məsələlərin bizim üçün heç bir fərqi yoxdu. Əsas mədsədimiz Avrokuboklara vəsiqə qazanmaqdı.
- Digər rəqiblərdən fərqli olaraq "Sumqayıt”a qarşıkeçirdiyiniz hər üç oyunda qalib gəlmisiniz. "Sumqayıt”ın özəlliyi nədi?
- Mənim fikrimcə xüsusi bir səbəb yoxdu. Futbolda belə şeylər olur.
- Qarşılaşmadan sonra əsəbi görünürdün...
- Bütün oyunlarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram. Qol vurmaq üçün çalışırdım, amma alınmadı. Buna görə özümdən narazı idim. Ancaq qələbə qazandığımıza görə çox xoşbəxtəm.
- Qeyri-məhsuldar olmağına səbəb nədir?
- Qol vurmaq üçün çalışıram. Əsəs olan komandamızın qələbə qazanmasıdır. Kimin qol vurmasının fərqi yoxdur.
- İlk hissədə simulyasiyaya görə sarı vərəqə aldığın epizodda penalti var idi?
- Düşünürəm ki, hakim inanılmaz qərar verdi. Təmiz penalti idi.