Elxan Məmmədov millimizin üzvləri ilə görüşdü

Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov futzal üzrə Azərbaycan milli komandası ilə görüşüb. 
Newsport.az-ın məlumatına görə, baş katib milli komandaya Avropa çempionatının final mərhələsində uğurlar arzulayıb.
Xatırladaq ki, futzal üzrə millimiz Avropa çempionatının final mərhələsinin D qrupunda fevralın 3-də İtaliya, fevralın 5-də isə Çexiya yığması ilə qarşılaşacaq. Serbiyanın paytaxtı Belqrad şəhərindəki "Belqrad Arena” idman komleksində keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right