Vaqif Cavadov: “Bu barədə heç vaxt danışmamışam, bu gün də danışmayacam” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanda "Sumqayıt”ı qəbul edib. "Bakcell Arena”da baş tutan oyun "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra "Sumqayıt”ın futbolçusu Vaqif Cavadov Newsport.az saytının suallarını cavablandırıb: 

 
- "Neftçi”yə məğlub oldunuz. Qarşılaşma haqqında fikirləriniz necədir?
- Çətin qarşılaşma oldu.  Yaxşı oyanamadığımız üçün məğlub olduq. Bu oyundan sonra daha güclü olmaq üçün çalışacıq. Bir səhv  qapımızda qol görməyimiz ilə nəticələndi. Qol vurmaq üçün imkanlarımız oldu, lakin istifadə etməyi bacarmadıq. 
 
- Öz oyunundan razı qaldın?
- Mən öz oyunum barədə heç vaxt danışmamışam, bu gün də danışmayacam.  Etdiyimiz səhvlərə birdə yol verməmək üçün çalışmaq lazımdır. 
 
- İlk hissəyə nisbətən ikinci hissədə zəif çıış etməyinizin səbəbi nə idi?
- Birinci hissənin ilk dəqiqələrində yaxşı oynamamışdıq. İkinci hissə də eyni ssenari ilə davam etdi. Dediyimi kimi, səhvlərimiz sayəsində qol buraxdıq. Ümumi götürdükdə isə yaxşı futbol sərgilədik. 
 
- Bir epizodda real qol vəziyyətindən istifadə edə bilmədin...
- Həmin anda top ayağıma yaxşı oturmuşdu. Amma bəxt mənim tərəfdə deyildi. 
 
- Son vaxtlar istədiyin kimi oynaya bilmirsən. Bu tez-tez klub dəyişməyinlə əlaqəli ola bilər?
- Yox, bu günkü oyunun ona heç bir aidiyyatı yoxdu. 
 
- Meydanda aqressin görünürdün. Səbəb nə idi?
- Məğlub olmaq istəmirdim. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right