Samir Abasov: “Ona inanıram”

Aərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanında "Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə,oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb: 
 
-"Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Meydanda yeganə komanda "Neftçi” idi. Layiqli qələbə qazandılar. 
 
-Vaqif Cavadovun oyunundan razı qaldınızmı?
-Tam razı qaldığımı deyə bilmərəm. Vaqifə inanıram. İnşallah potensialını ortaya qoya biləcək. 
 
-Nicat Muxtarovu nə vaxt əsas heyətdə görə biləcəyik?
-Muxtarov "suçiçəyi” xəstəliyinə tutulmuşdu. 40 gün müddətini geridə qoyub. Ötən gün əvəzedici komandada oynayıb. Fevralın sonunda əsas heyətə qoşula biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right