Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanında "Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə,oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
"Bilirdik ki, "Sumqayıt” güclkü futbolçuları heyətinə qatıb. Çətin oyun olacağını bildirdik. Şükürləır olsun ki qələbə qazana bildik. Bir neçə futbolçumuz ideal vəıziyyətdə deyil. Ola bilər yaxşı oynaya bilmədik. Qarşımıza qoyulan məqsəd qələbə qazanmaq idi. İnanıram ki, bundan sonra daha yaxşı oyunlar sərgiləyəcəyik. 3 futbolçumuzun sarı vərəqə cəzası var idi. Buna görə də, bəzi dəyişiklik etmişdim. ”
Əsgər Abdullayev komandanın yeni transferi Elşən Rzazadə haqqında danışıb: "Elşənin oyunlarını "Xəzər Ləkəran”da olduğu zaman izləmişdim. Perspektivli futbolçudu. Güman edirəm ki, bu gün olmasa da, yaxın günlərdə Elşəninin xidmətindən istifadə edə biləcəyik. Ümumi götürdükdə isə komandada hücumçu problemi var. Bu problemi aradan qaldırmağa çalışacağıq.”