"Xəzər Lənkəran" transferə çıxardığı gənc futbolçu Elnur Cəfərova 30 000 dollar qiymət qoyub.
Newsport.az-ın məlumatına görə, bu hücumçunu heyətində görmək istəyən klub məhz sözügedən məbləği (təxminən 50 000 AZN) cənub klubunun hesabına keçirməlidir.
Qeyd edək ki, Cəfərovla həm yerli, həm də əcnəbi klublar maraqlanır. Amma Elnur özü ölkə xaricində oynamaqda maraqlıdır.