Şahin Diniyev “Kəpəz”i tək buraxmadı!

Xəbər verdiyimiz kimi "Kəpəz”in baş məşqçisi ötən gün xəstəxanaya yerləşdirilib.

Newsport.az-ın məlumatına görə, möhkəm soyuqdəymə mütəxəssisin daxili orqanlarına təsir edib.  Belə olan halda onun böyrəyindəki daş tərpənib. Kəskin ağrılar səbəbi ilə xəstəxanaya yerləşdirilən mütəxəssis axşam saatlarında yüngül əməliyyat keçirib. 
 
Hazırda əldə etdiyimiz məlumata görə, Diniyev özünü müəyyən qədər yaxşı hiss edir. O, bu gün səhər saatlarında Gəncəyə gedib. Mütəxəssis Topaz Premyer Liqasının XIX turunda az sonra baş tutacaq "Kəpəz” – "Qəbələ” matçında komandasının sükanıarxasında olacaq. 
 
Qeyd edək ki, "Kəpəz” – "Qəbələ” oyunu 14:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right