Xəbər verdiyimiz kimi, "Kəpəz”in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yaranıb. Belə ki, Şahin Diniyev xəstəxanaya yerləşdirilib Soyuqdəymə nəticəsində mütəxəssisin böyrəyindəki daş tərpənib.
Newsport.az-ın məlumatına görə, bu səbəbdən də o, xəstəxanaya yerləşdirilib.
Mütəxəssisin son durumu ilə bağlı öyrənmək üçün mütəxəssislə əlaqə saxladıq. Mütəxəssis son durumu haqqında danışarkən saat 17:00-da əməliyat olunduğunu bildirdi: "Bir neçə gün öncə qripə yoluxmuşdum. Bu xəstəliyi geridə qoydum. Sözügedən soyuqdəymə daxili otqanlarıma təzad göstərib. Buna görə də, böyəriymədki daş tərpənib. Bu isə mənə kəskin sancılar verirdi. Bu gün UZİ-dən və MRT müayinəsindən keçdim. Durumum ürəkaçan olmadığı üçün əməliyyata ehtiyac duyuldu. Saat 17:00-da əməliyyat masasına uzandım. Şükür allaha əməlkiyyatım normal keçdi. 1 saat olar evə çatmışam. Özümü normal hiss edirəm.”
Şahin Diniyev tam sağalması üçün nə qədər zamana ehtiyacı olması ilə bağlı tam dəqiq nəsə deyə bilmədiyini vurğulayıb: "Hələlik, ev şəraitində müalicə alacağam. İnşallah tez bir zamanda ayağa qalxacağam.”
Qeyd edək ki, Şahin Diniyevin başçılıq etdiyi "Kəpəz” ölkə çempionatının XIX turunda sabah doğma meydanında "Qəbələ”ni qəbul edəcək.