Bəhmən Həsənov:"Biz hansı əsrdə yaşayırıq ki," Xəzər Lənkaran" belə hərəkət edir?

"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Xəzər Lənkəran" bizim bir neçə futbolçumuzla maraqlanır. Amma ən maraqlısı odur ki, onlar bizə müraciət etmək əvəzinə, birbaşa futbolçularla danışırlar. Onlara deyirlər ki, "Rəvan"la müqavilənizi pozun, gəlin bizimlə anlaşın. Biz hansı əsrdə yaşayırıq? Kim belə iş görür ki? Mənim öz işimə heyfim gəlir. Çünki o futbolçuların üzərində çalışmışdıq. Tural Qürbətovla Vüqar Bəybalayevə əvəzləyici tapmaq çətin olacaq. Amma "Xəzər Lənkəran" başqa futbolçularımızı da istəyir.

Bu komandaya qarşı keçirəcəyimiz qarşıdakı oyuna gəlincə, bütün çətinliklərə baxmayaraq, hazırıq. Rəqib öz meydanında yaxşı çıxış edir. Bizə ilk turlarda bir qədər çətin olacaq. Əlbəttə, hesabımızdan altı xalın silinməsi turnir cədvəli baxımından işimizi daha da çətinləşdirir. Amma ümid edirəm ki, mövsümün qalan dövründə itirdiklərimizin əvəzini çıxa biləcəyik".

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right