"Xəzər Lənkəran" klubu Peşəkar Futbol Liqasına müraciət edərək, mərkəzi arenanın yardımçı meydançasının vəziyyətinin futbol oynamaq üçün yararsız olduğunu bildirib.
Newsport.az-a klubdan verilən məlumata görə, bunu nəzərə alan Peşəkar Futbol Liqası "Xəzər Lənkəran" və "Rəvan" komandalarının əvəzedici heyətlərinin görüşünün əsas heyətlərin oyunundan 1 gün sonra "Xəzər Lənkəran" mərkəzi stadionunun əsas meydançasında keçirilməsinə qərar verib.
Beləliklə, əvəzedici heyətlərin oyunu 1 fevralda reallaşacaq. Oyun saat 14:00-da başlanacaq.