“Qarabağ”a qayıtdı

Mövsümlərarası fasilədə "Sumqayıt”dan ayrılan və Türkiyə Super Liqasında mübarizə aparan "Mersin İdman Yurdu”na keçidi gündəmdə olan Tural Rzayevin yeni klubu bəlli olub. 
Newsport.az saytının məlumatına görə, Rzayev sabiq klubu "Qarabağ”a qayıdıb. Gənc futbolçu Ağdam klubunun əvəzedici komandasında forma geyinəcək. 
Əldə etdiyimiz məlumata görə, "Xəzər Lənkəran” Rzayevin xidmətində maraqlı olub.  Cənub klubu Rzayevi "Qarabağ”dan icarəyə götürmək istəyib. Lakin gənc futbolçunun "Qarabağ”ın məşqlərinin birində zədələnməsi keçidin reallaşmasına mane olub. 
Qeyd edək ki, Türkiyənin "Mersin İdman Yurdu” klubu Tural üçün "Sumqayıt”a rəsmi təklif göndərmişdi. Amma Super Liqa klubunda baş verən məşqçi dəyişikliyi keçidi əngələ salmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right