"Sumqayıt" 6 yeni futbolçu sifariş etdi

"Sumqayıt" Topaz Premyer Liqasında 2015/2016 mövsümünün ikinci yarısı üçün 6 yeni futbolçu sifariş edib.
Newsport.az saytının məlumatına görə, bunlar yeni transferlər - Səlahət Ağayev, Kənan Manafov, Vaqif Cavadov, Nicat Muxtarov, Rasim Ramaldanov və İlqar Hüseynovdur.
Adları qeyd olunan oyunçuların yeni klublarında geyinəcəyi forma nömrələri də müəyyənləşib. S.Ağayev 1, V.Cavadov 70, N.Muxtarov 8, R.Ramaldanov 99, İ.Hüseynov 23 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt"ın sifariş ərizəsində ümumilikdə 22 futbolçunun adı yer alıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right