Azərbaycan Premyer Liqasının XIX turunda evdə "Qəbələ” ilə qarşılaşacaq "Kəpəz” oyuna ciddi itki ilə çıxacaq.
Newsport.az saytının məlumatına görə, Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev böyük ehtimalla sabahkı qarşılaşmada iştirak edə bilməyəcək.
Belə ki, Əliyev "Kəpəz”in ötən gün baş tutan məşqində zədə alıb. O, dünən Bakıda tibbi müayinədən keçib. Futbolçunun zədəsi ciddi olmasa da, onun sabahkı qarşılaşmada iştirak etməyəcəyi böyük ölçüdə təsdiqini tapıb.
Qeyd edək ki, "Kəpəz” – "Qəbələ” oyunu sabah 14:00-da keçiriləcək.