Braziliya milli komandasının və "Barselona”nın ulduz futbolçusu Neymar maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Newsport.az-ın məlumatına görə, "sambaçı” "Barselona”da xoşbəxt olduğunu bildirib. Ulduz futbolçuçalışmaq istədiyi baş məşqçi ilə yanaşı oynamaq istədiyi ölkıənin də adını açıqlayıb:
"Ozümü "Barselona”da çox xoşbəxt hiss edirəm. Amma, nə vaxtsa Amerikada oynaya bilərəm. Ən çox bir yerdə çalışmaq istədiyim baş məşqçi Pep Qvardioladır. Onun haqqında çox şey eşitmişəm. Peplə birgə çalışmaq mənim üçün maraqlı olar.”
Neymar həmçinin komanda yoldaşı Leonel Messinin "Qızıl top”u qazanmasına münasibət bildirib: "Mən dünyanın ən yaxşı futbolçusu adını almaq üçün çalışmıram. Komandamın bütün kubokları qazanması üçün əlimdən gələni edirəm.”