"Kəpəz" Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı üçün 1 yeni futbolçu sifariş edib.
Newsport.az-ın məlumatına görə, söhbət Gəncə təmsilçisinin"Qarabağ"dan icarəyə götürdüyü Namiq Ələsgərovdan gedir.
O, yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Kəpəz"in sifariş ərizəsində 19 futbolçunun adı yer alıb.