"Onların xidmətlərinə zərurət yoxdur"

Dünən mətbuatda yer alan "Sadıq Sadıqovun "torba tikəni" sərlöhvəli yazıdakı bəzi məqamlar qarşı tərəfin narazılığına səbəb olub.
Newsport.az saytının məlumatına görə, həmin məqamlarla bağlı "Neftçi İdman Klubu"nun mətbuat xidməti onların də mövqeyini işıqlandırmağımızı xahiş edib. 

"Neftçi İdman Klubu" İctimai Birliyinin nəzdində 35 idman növü fəaliyyət göstərir. Bunlardan biri də futboldur. Bu yazıda adı çəkilən Məhərrəm Həsənov da uzun illərdir ki, klubumuzda çalışır. O, təcrübəli işçidir və özü də futbolçu olub. Bir vaxtlar "Araz Naxçıvan"da oynayıb, həyatını da futbola həsr edib. 
 
6 ay əvvəl yaradılan Akademiyaya bir çox məşqçilər əməkdaşlığa cəlb edildi. Onlarla rəsmi müqavilə bağlandı. İndi də həmin müqavilənin şərtlərinə uyğun olaraq 19 əməkdaşa, o cümlədən məşqçi, müəllim və inzibatçıya bir ay öncədən yazılı şəkildə rəsmi bildiriş təqdim edilib. Hazırkı şəraitdə onların xidmətlərinə zərurət yoxdur. Burda başqa səbəb axtarmaq düzgün deyil. Onlarla bağlanan mülki müqavilənin 7-ci bəndinə uyğun olaraq, tərəflərdən hansısa istənilən vaxt, bir ay əvvəldən bildiriş təqdim etməklə, müqaviləyə xitam verə bilər.
 
Bu tələbə uyğun olaraq, fevralın 15-dən müqaviləyə xitam veriləcək. Bildirişdə də bu qeyd olunub. Bizimlə əməkdaşlıq edənlərin hər birinə minnətdarlığımızı bildirmişik".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right