Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçiləri - Namiq Ələsgərovla Budaq Nəsirov düşərgəni tərk ediblər.
Newsport.az saytının məlumatına görə, millimiz hazırda Türkiyədə Antalya Kubokunda çıxış edir.
Amma adıçəkilən futbolçular Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz"in hazırlıq prosesinə qoşulmaq üçün Gəncə klubunun düşərgəsinə qayıdıblar. Bu üzdən də Ələsgərovla Nəsirov bu gün baş tutan Azərbaycan - Bəhreyn matçında iştirak etmir.