Millimiz Bəhreyni də darmadağın edib, “Antalya Cup” turnirinin qalibi oldu

21 yaşadək futbolçulardan ibarət milli komandamız Türkiyənin Antalya şəhərində təşkil olunan "Antalya Cup”  turnirində bu gün son oyununa çıxıb. 
 

Newsport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Bəhreyinin 20 yaşadək futbolçulardan ibarət milli komandası ilə qarşılaşıb.  Matç Aərbaycan yığmasının 4-0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Bu qələbə sayəsində milli komandamız "Antalya Cup” turnirinin qalibi olub. 
 
Qeyd edək ki, milli komandamız bundan əvvəl Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0, Səudiyyə Ərəbistanın U-21 komandasını 4:0 hesabı ilə məğlub edib. 
 
Aərbaycan (U-21) 4-0 Bəhreyn (U-20)
Qollar:
Taşkın İlter 5, Elnur Cəfərov 24, Ruslan Nəsirli 79, Abbas Hüseynov 83.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right