"İnter”in yetirməsi olan Mansur Nəhavəndinin "Rəvan”a keçəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Bir neçə gün "Rəvan”ın düşərgəsində olan gənc futbolçu son anda fikrini deəyişib.
Newsport.az saytının əldə etdiyi məlumata görə, o, "Rəvan”la müqavilə imzalamaqdan imtina edib.
İcarə əsasında "Rəvan”a keçəcəyi gözlənilən futbolçu yenidən "İnter”ə qayıdıb. O, "İnter” baş tutan son məşqində iştirak edib.