Premyer Liqanın 19-cu turunda səfərdə "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.
Newsport.az saytının məlumatına görə, komanda bu gün "Kapital Bank Arena"da baş tutan növbəti məşqində zədəli futbolçu yer almayıb. Heyətə yeni cəlb olunmuş Rasim Ramaldanov da komanda ilə birlikdə məşqlərə başlayıb
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu yanvarın 30-da keçiriləcək. Qarşılaşma saat 16:30-da "Bakcell Arena"da start götürəcək