Xəbər verdiyimiz kimi "Sumqayıt” "Qarabağ”dan icarəyə götürdüyü Eltun Yaqublunu geri gondərib. Antalya toplanıışında komanda ilə birgə təlimməşq toplanışında iştirak edən Yaqublu Bakıya qayıtdıqdan sonra "gənclik şəhəri” təmsilçisinin düşərgəsindən ayrılıb.
Newsport.az saytına açıqlama verən gənc müdafiəçi məsələni belə izah edib: "Düzdü, "Sumqayıt”dan ayrılmışam. Hazırda "Qarabağ”ın düşərgəsindəyəm. "Sumqayıt”dan ayrılmağıma gəlincə komandanın qış toplanışı zamanı az oynayacağımı hiss etmişdim. Bakıya gəldikdən sonra baş məşqçi Samir Abasovla söhbətimiz oldu. Oynamaq limitim az idi. Bu səbəbdən də qarşılıqlı razılıq əsasında "Sumqayıt”dan ayrıldım.”