Braziliyalı futbolçu “Qəbələ”də

Braziliyalı futbolçu Emerson Brito dos Santosun "Qəbələ”də baxışda olması barədə məlumatı diqqətinizə çatdırmışdıq. Newsport.az saytının məlumatına görə,Antalya toplanışı zamanı komandaya qoşulan və bir məşqdə iştirak edən Emerson viza ilə bağlı işlərini həll etmək üçün ölkəsinə yollanmışdı. 

Əldə etdiyimiz məlumata görə, Emerson artıq bütün viza işlərini həll edib. Hazırda Qəbələdə olan futbolçu ötən gündən komandanın məşqlərinə qoşulub.  Braziliyalı forvardla bağlı yekun qərarı komandanın baş məşqçisi Roman Qriqorçuk qərar verəcək. 
Qeyd edək ki, Emerson karyerası ərzində yalnız  ölkəsində çıxış edib. Onun son klubu "Amerika” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right