Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi Yenilənib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxıb.

Newsport.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gəlib.

İsparta şəhərindəki “Sav” stadionunda keçirilən matçdan millimiz 3:0 hesabı ilə qalib gəlib. Millimizin heyətində qolları 32-ci dəqiqədə Qurban Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo Mezzotero vurublar.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right