“Çelsi”nin futbolçusu Çin klubunda

“Çelsi”nin futbolçusu Ramires  Santos karyerasını Çində davam etdirəcək.
 
Newsport.az-ın məlumatına görə, sözügedən ölkənin “Cyanqsu Suninq” klubu braziliyalı yarımmüdafiəçinin transferi məsələsində “zadəganlar”la razılığa gəlib. Bu keçid çinlilərə 25 milyon funta başa gəlib. Ramiresin yaxın günlərdə imza atacağı müqavilənin detalları barədə məlumat verilmir.
 
Qeyd edək ki, 2010-ci ildə “Benfika” 17 milyon funt müqabilində transfer edilən “sambaçı” bu klubda çıxış etdiyi müddətdə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, Avropa Liqasının, İngiltərə Federasiya və Liqa kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right