"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov zədədən sonrakı bərpasından danışıb.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Öncədən planlaşdırıldığı kimi, yanvarın 30-da Almaniyadakı müalicəmi başa vurub, vətənə qayıdacağam. Hələ ki, hər şey yaxşı gedir. Amma məşqləri nə vaxt bərpa edəcəyimi bilmirəm. Almaniyada məni bir daha testdən keçirəcəklər. Yalnız ondan sonra meydana nə vaxt çıxacağım bilinəcək.Futbol oynamaq üçün çox darıxmışam".