Dodo: "Qəbələ çempionluğa köklənib"

"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Azərbaycan Premyer Liqasının qalibi olmaq istəyindən danışıb.

Newsport.az-ın məlumatına görə, o, Braziliya mətbuatına açıqlamasında bunları söyləyib:

"Hazırda liderdən 10 xal geri qalırıq. Amma qarşıda hələ yarım mövsüm qalır. Bu müddət ərzində yenidən təşəbbüsü ələ ala və çempionluq uğrunda mübarizəyə qoşula bilərik. Çempionluğa köklənmişik. Hazırda bütün diqqətimizi buna yönəltmişik, əlimizdən gələni edirik ki, hədəfimizə çataq. Qəbələdə hamı çempionluğu arzulayır. Mövsümün geridə qalan hissəsini elə də yaxşı keçirmədik. Düzdür, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdıq, klub tarixində yeni səhifə açdıq. Növbəti mövsümdə də bu uğuru təkrarlamaq üçün mövsümü titualla başa vurmaq vacibdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right