AZAL klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Newsport.az-ın məlumatına görə, AZAL əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətirərək Topaz Premyer Liqasının 19-cu turunun “Qarabağ”la keçiriləcək oyununun vaxtının dəyişdirilməsini xahiş edib.
Yarışların əsasnaməsini və “Qarabağ”ın razılığını rəhbər tutan PFL AZAL - “Qarabağ” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi 30 yanvarda deyil, 31 yanvarda oynanılmasına qərar verib.
PFL