21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü – son olaraq "Sumqayıt”ın uğurları üçün çalışmış Mirzağa Hüseynpurun karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.
Newsport.az-ın məlumatına görə, gənc futbolçu karyerasını Azərbaycan Premyer Liqasında çıxış edən AZAL klubunda davam etdirəcək. Belə ki, sabiq milli üzvümüz ilə müqavilə şərtləri barədə razılıq əldə olunub. O, cari mövsümün ikinci hissəsini məhz AZAL-da keçirəcək.
Mirzağanın "təyyarəçilər”in heyətində neçə nömrəli forma altında çıxış edəcəyi də bəlli olub. O, sabiq "88” nömrəsi ilə oynayacaq.
Qeyd edək ki, Hüseynpur ölkəmizdə "Sumqayıt”, "İnter”, "Simurq” kimi klubların formasını geyinib.